UEFA Avro 1968 | |
---|---|
42°29′55″ şm. e. 12°30′04″ ş. u. | |
Yarış məlumatları | |
Ev sahibi | İtaliya |
Tarix | 5-10 iyun 1968 |
Başlama tarixi | 5 iyun 1968 |
Bitmə tarixi | 10 iyun 1968 |
Komanda sayı | 4 |
Stadion sayı |
Stadio Olimpiko San-Paolo Stadio Kommunale (Roma Neapol Florensiya ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İtaliya |
İkinci | Yuqoslaviya |
Üçüncü yer | İngiltərə |
Dördüncü yer | SSRİ |
Yarış statistikası | |
Oyun sayı | 5 |
Qol sayı | 7 (matç başına: 1.4) |
Tamaşaçı sayı | 260916 (matç başına: 52183) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Draqan Caiç (2 qol) |
← 1964 1972 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı.
Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir.
Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir.
SSRİ və İtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir. Püşkatma zamanı bəxt SSRİ millisinin kapitanı Albert Şesternyovdan üz döndərmişdir. Belə yüksək səviyyəli futbol turnirində bu cür püşkatma birinci və sonuncu dəfə olmuşdur.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search